Müğennidir, müğennidir
Afiq Ağdami
Fevral 25, 2008 19:15
Paltara küsüb bedeni,
Müğennidir, müğennidir.
Her terefde cangüdeni,
Müğennidir, müğennidir.
| Her fesil deyişir rengi, Kesdirir burnunu, engi... Oynayır bütün ahengi, Müğennidir, müğennidir. Ne oxusa alqışlanır, Perestişden çox xoşlanır. Gül-çiçek ile daşlanır, Müğennidir, müğennidir. 'Ne olsun ki, sesi yoxdur? Guyya ondan pisi yoxdur? ! Öyrenmek hevesi yoxdur! ' Müğennidir, müğennidir. Keçmişini inkar edir, Bu üsulla sevgi güdür. Hemişe düz yolla gedir, Müğennidir, müğennidir. Tanımayır qara, ağı, 'Neyleyir ki, Qarabağı? ! Reqibidir ona yağı! ' Müğennidir, müğennidir. Ağdami, ey derde batan, Tenqid edir seni çatan. Utan, sözlerinden utan! Müğennidir, müğennidir. |
Afiq Ağdami |
Bölməsiz
Şərhlər(1)
Baxış sayı: 184
Fevral 25, 2008 19:15



Noyabr 2, 2008 1:08Bəlkə də yuxumda görə bilərdim
Yuxu gəlmədi ki gözümə sən siz
Elə bil yaz bağın dolu döyübdür
Qəmlər talan salıb üzümə sən siz
Qəhər boğur əzrailin əli tək
Fikir xəyal sorur məni zəli tək
Danışıram havalı tək, dəli tək
Kimdi qulaq verən sözümə sən siz
Yerə mi yalvarım? Göyə bilmirəm
Dərdimi söz ilə deyə bilmirəm
Niyə ölməmişəm, niyə bilmirəm
Matam özüm də ki dözümə sən siz